Cəmiyyət / Manşet
28.04.2021, 09:20
Ağdamda 3 min hektardan çox sahə minalardan təmizlənib
Ağdam rayonunun işğaldan azad edilən 3037 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.
"Kanal1.az" xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir: "Hələlik rayonun işğaldan azad edilən əkin sahələri təmizlənir. Təmizlənmiş sahələrin 2200 hektarına buğda əkilib".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay