Cəmiyyət / Manşet
27.04.2021, 17:02
Hüseynbala Mirələmov tərbiyə ediləcək
Hüseynbala Mirələmovu tənbeh edəcəyik.
"Kanal1.az" xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev sabiq deputat və AYB üzvü Hüseynbala Mirələmov barədə təşkilatda hansı qərarın veriləcəyi haqda danışarkən deyib.
"Hüseynbala Mirələmovu tənbeh edəcəyik, tərbiyə edəcəyik", - Anar bildirib.
Xatırladaq ki, ötən həftə sabiq deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılmışdı.
Məlum videonun yayılmasından sonra o, üzvü olduğu YAP sıralarından və partiyada tutduğu vəzifədən, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qaz-neft mühəndisliyi fakültəsinin kafedra müdirliyindən çıxarılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay