Azərbaycanlı idmançı Avropaya güləşməyə getmişdi, hakimlik etdi - Maraqlı səbəb

Güləş üzrə Avropa çempionatının ardından Polşanın paytaxtı Varşavada keçirilən qrapplinq üzrə Avropa çempionatında bir idmançımız diskvalifikasiya səbəbindən çıxış edə bilməyib.

"Kanal1.az" xəbər verir ki, bu, 77 kq çəki dərəcəsində yarışmalı olan Nadir İmaməliyevdir.

Azərbaycan Qrapplinq, Pankration və MMA Federasiyasının prezidenti Azad Əsgərov sayta bunları deyib:

"Varşavaya üç idmançı ilə gəlmişik. Məhəmməd Əhmədzadə 84 kq-da bürünc medal qazandı, Vüsal Qasımov isə 71 kq-da ilk döyüşdə uduzub medalsız qaldı. Nadir isə 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı zamanı bir illik diskvalifikasiya olunub. Həmin vaxt o xalçaya çıxmalı olmasa da, anlaşılmazlıq səbəbindən səhvən xalçaya çıxıb. Ona görə də diskvalifikasiya edilib.

Biz də hesablamışdıq ki, onun cəzası bitib. Sən demə, ötən il qrapplinqdə heç bir yarış keçirilmədiyindən, cəzanın müddəti davam edib. Burada olanda bizə dedilər ki, o yarışa bilməz, cəzası növbəti dünya çempionatında başa çatacaq. Biz də fikirləşdik ki, artıq onu bura pul verib gətirmişik, heç olmasa hakim kimi yararlanaq. Hakimlik etməsinə razılıq aldıq. Nadir İmaməliyev də bu Avropa çempionatında hakimlik etdi".

Qeyd edək ki, qrapplinq üzrə Avropa çempionatı bu gün başa çatacaq.

Son xəbərlər

Kəsilən ağaclara cənab Muxtar Babayev vicdanı qarşısında necə göz yumur?

Ucarda 27 ton ot bağlaması yanıb

101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

Yazda Kür çayının suyu artacaq? - AÇIQLAMA + VİDEO

Şəmkir sakini kabab manqalında yandı

İran Təbrizdəki aviabazanı tam hazırlıq vəziyyətinə GƏTİRDİ

Ermənistan mülki nəqliyyat vasitələri ilə silah daşıyır - VİDEO

Bakıda minik avtomobili yanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Rusiyanın indi bu silahları var, amma...

Kardioloq kardionevroz və infarkt arasındakı FƏRQİ AÇIQLADI

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: Etirazçılar tələblərini irəli sürürlər

Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Bakıda mağazada kütləvi zəhərlənmə olub

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Bu gündən Şuşaya turist səfərləri başlayır

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

Ermənistan Qarabağda müharibəyə hazırlaşır - VİDEO

Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

XİN rəsmisi İƏT-ə üzv olan ölkə nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO

Messi “Barselona”ya qayıtmaq istəyir

Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Bütün xəbərlər