Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..."


Şabran rayonunda ana və oğlunu qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Nahid İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Kanal1.az" bildirir ki, Nahid İslamov 2008-ci ildə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2019-cu ilin yanvarın 30-da Nərimanov rayon Məhkəməsinin müvafiq qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra 2008-ci ildə qısqançılıq zəminində öldürdüyü arvadı ilə ona xəyanət edən və ailəsinin dağılmasında təqsirkar heab etdiyi həmkəndlisi, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovdan qisas almaq qərarına gəlib.

Nahid İslamov niyyətini həyata keçirmək üçün münasib vaxt və əlverişli şəraitin yaranmasını gözləyib.

11 il sonra arvadının məşuqunu öldürdü

Bu məqsədlə o, azadlığa çıxdıqdan sonra məskunlaşdığı, mərhum babası Cəfər Babayevə məxsus olan Şabran rayonunun Zeyvə kəndindəki evində, 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında ov tüfənginin qundağını və lüləsini mişarla kəsib, "obrez" düzəldib. 2020-ci ilin aprelin 11-də səhər saatlarında həmin odlu silahı və 7-8 ədəd zavod üsulu ilə hazırlanmış patronları götürərək kəndin yaxınlığındakı meşə zolağına, "bulaq" adlanan yerə gəlib.

Orada özü ilə gətirdiyi bir şüşə arağı içib, saat 18 radələrində sərxoş vəziyyətdə Məhəbbətin kənd sakinləri ilə birlikdə kəndin yaxınlığında voleybol oynadıqları meydançaya gəlib. Voleybol topunun meydançadan çıxaraq ona tərəf dığırlandığını görüb və odlu silahadan açdığı atəşlə topu vurub.

Bu zaman ona yaxınlaşan Məhəbbət iradını bildirib, odlu silahı ondan almaq istəsə də, buna nail ola bilməyib.

Dartışma zamanı tüfəngin lüləsinin Məhəbbətin qarın nahiyyəsinə dirəndiyini görən Nahid fürsətdən istifadə edərək atəş açıb. Məhəbbət aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, Nahid qətldən xəbər tutaraq onun ünvanına uca səslə ağır qarğış və söyüşlər səsləndirməklə hadisə yerinə gələn, ailəsinin dağılmasında əsas səbəbkərlardan hesab etdiyi Məhəbət Məmmədovun 1963-cü il təvəllüdlü anası İstək Mahmudovanı da güllələyərək öldürüb.

4 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Nahid İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.10-cu (təkrar adam öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

"Arvadımı öldürdüm, məhkum edildim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid İslamov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Şabran rayonunun Zeyvə kəndində babası Cəfər Balayevə məxsus evdə anası Dilarə, qardaşı Amid, babası Cəfərlə birlikdə yaşayıb: "Ailədə 3 qardaş olmuşuq. Zeyvə kənd məktəbinin 3-cü sinfini bitirdikdən sonra təhsilimi davam etdirməmişəm. Kənddə fərdi əməklə məşğul olaraq özümü dolandırmışam.

Atam Eynulla 2-ci dəfə ailə həyatı quraraq Zeyvə kəndində özünə məxsus evdə, bizdən ayrı yaşayıb. 2006-cı ildə Zeyvə kəndində yaşayan Dinarə ilə ailə həyatı qurdum. Rəsmi nikahımız olmadı, molla kəbini ilə kifayətləndik.

Həmin nikahdan bir qızmız oldu. 2008-ci ildə qısqanclıq zəminində arvadımı öldürərək 11 il azadlıqdan məhrum edildim. 2019-cu ilin yanvarın 30-da Nərimanov rayon Məhkəməsinin qərarı ilə şərti olaraq cəzadan azad edildim. Sonra Zeyvə kəndində yaşamağa başladım".

"Onu bağışlamağımı istədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, ölmüş zərərçəkmiş şəxslər - Məhəbbət və İstəki uşaq vaxtlarından tanıyıb:

"Onlarla həmkəndli olmuşuq. Arvadımı öldürməyimə səbəb onun məni Məhəbbətlə aldatması olub. 2008-ci ildə Rusiya Federasiyasına işləməyə getmişdim. Orada yaşadığım vaxt qardaşım Mitxun mənə zəng vuraraq arvadımın kəndçimiz Məhbbətlə sevgili olduğunu və məni aldatdığını bildirdi. 2008-ci il aprelin 14-də Şabran rayonuna, yaşadığım Zeyvə kəndinə qayıtdım, arvadımı bıçaqla ürəyindən vuraraq öldürdüm. 2008-ci ilin aprelin 15-də tutuldum.

Azadlığa çıxdıqdan sonra təxminən fevral ayında bu məsələyə aydınlıq gətirmək üçün Məhəbbətlə görüşdüm. Məhəbbət səhvini boynuna aldıqdan sonra onu bağışlamağımı istədi. Bütün olub bitənləri nəzərə alaraq, Məhəbbəti bağışldım. Ona qarşıma çıxmamağı bildirdim".
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..."
"Özünü lotu kimi apardığını gördüm"

Nahid İslamov ifadəsində göstərib ki, 2020-ci ilin aprelin 11-də səhər tezdən təxminən saat 9-da oyanaraq həyətdə saxladığı dovşanlara ot atıb:

"Sonra evdə olan babam Cəfərə məxsus qoşa lüləli 16 kalibrli, qundağı və lüləsi kəsilmiş ov tüfəngini, 7-8 ədəd patronu və bir ədəd 0,5 litrlik arağı götürərək kəndin meşəsi tərəfə, bulaq deyilən yerə getdim. Uşaqlıq dövründən meşədə çaqqal və canavar olduğunu bildiyimdən özümlə babama məxsus ov tüfəngini götürdüm, sonra tək meşəyə getdim.

Həmin ərazidə gicitkən və turşəng bitkisiylə götürdüyüm arağın hamısını içdim. Bir neçə saat həmin ərazidə olduqdan sonra təxminən saat 18 radələrində yaşadığım evə doğru getməyə başladım.

Yolun üstündə voleybol meydançası olan yerə baxanda Məhəbbətin kənd sakinləri ilə voleybol oynadığını gördüm. Sərxoş olduğumdan meydançada kənd sakinlərindən daha kimlərin olduğu yadımda qalmayıb. Onlara təxminən 5-7 metr yaxınlaşdıqda və onlardan aralı keçərək evimə doğru gedərkən Məhəbbət məni gördü. O, ünvanıma uşaqların yanında ağır nalayiq sözlər işlətdi. Özünü həmin uşaqların yanında lotu kimi apardığını gördüm".

"Səfeh, bu nə hərkətdir edirsən?.."

Nahid İslamov qeyd edib ki, bu zaman Məhəbbətə görə gəncliyini məhv olduğunu, 11 il azadlıqdan məhrum edildiyini fikirləşib:

"Sərxoş olmağıma baxmayaraq Məhəbbətin bu söyüşünü və hərəkətini qəbul edə bilmədim. Elə həmin vaxt Məhəbbətin atdığı top mənim qabağıma düşdüyünə görə üstümdə olan tüfəngi çıxardım və atəş açaraq topu partlatdım.

Bu vaxt Məhəbbət iri addımlarla mənə yaxınlaşdı. Təhqir formada "səfeh, bu nə hərkətdir edirsən?", - dedi. O, tüfəngi əlimdən dartaraq almaq istədi. Tüfəngi möhkəm tutduğumdan ona vermədim.

Həmin an Məhəbbətin bütün hərəkətləri gözümün qabağından keçdiyindən tüfəng elə onun qarnına dirənmiş halda atəş açdım".

"Anasının gəldiyini gördüm"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu vaxt Məhəbbət əlini tüfəngdən buraxıb və yerə yıxılıb: "Həmin vaxt voleybol oynayan kənd uşaqları müxtəlif istiqamətlərdə qaçışdılar. Onsuz da tutulacağımı fikirləşdim, helə bu "heyvanı", yəni Məhəbbəti vuraraq öldürməyə və aramızda olan namus söhbətini bitirməyə qərar verdim.

Bundan sonra tüfəngin içindən hər iki gilizi çıxararaq yerə atdım. Cibimdən 2 ədəd patron çıxararaq tüfəndə qoydum və çaxmağı çəkərək yerdə uzanmış vəziyyətdə olan Məhəbbətin başından atəş açdım. Məhəbbətin öldüyünü görəndən sonra oradan piyada polis şöbəsinə təslim olmaq üçün getmək istərkən meydançanın yaxınlığında Məhəbbətin anası İstəkin mənə tərəf uca səslə ağır söyüşlər söyə-söyə gəldiyini gördüm".
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..."
"12 yaşlı qızımla görüşmək istədim"

Nahid İslamov bildirib ki, İstəkin ağır söyüşlər söyməsi onu özündən çıxararaq qıcıqlandırıb: "Bu səbəbdən təxminən 3-5 metr məsafədən İstəkə tərəf atəş açdım. Lakin İstəkin haradan yaralandığı görmədim. Odur ki, tüfəngi açaraq boş gilizləri yerə atdım və yenidən 2 dolu patronu tüfəngə yerləşdirərək İstəkə təkrar atəş açdım. Amma qırmaların onun harasına dəydiyini bilmədim.

Həyəcanlı vəziyyətdə oradan çıxaraq tüfənglə birlikdə Şabran rayon polis şöbəsi istiqamətinə getdim. Kəndin ortasında, məktəbin yanında qara rəngli xarici maşın saxladı. Maşını idarə edən mülki paltarda təxminən 50-55 yaşında tanımadığım bir kişi tüfəngi əlimdən aldı. Həmin şəxsin polis zabiti Ramiz olduğunu tutulandan sonra bildim.

Ramiz əlimdən tüfəngi alandan sonra cibimdən 2-3 ədəd dolu patronu da çıxararaq yerə atdım. Həmin yerdən uzaqlaşaraq birbaşa keçmiş qaynanam Mayanın evinə getdim. Qaynanamla yaşayan qızımı artıq bir daha görə bilməyəcəyimi düşündüm. 12 yaşlı qızımla görüşmək istədim.

Keçmiş qaynanam və qızımla görüşərək gecə saat təxminən 12-1 radələrində kəndin ortasında olan bələdiyyənin tikinti materialları satış dükanının yanına getdim. Orada gözətçi işləyən Akif adlı şəxsin mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 növbətçi hissəsinə zəng etdim. Hadisə barədə məlumat verərək təslim olmaq istədiyimi bildirdim.

Telefonla məlumat verdikdən sonra 3 nəfər polis əmkdaşı dükana gəldi və əllərimə qandal vururaraq birbaşa polis şöbəsinə apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Nahid İslamov ömürlük azadlıqdan məhrum edilib.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər