23:47 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
22:05 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
Mahir Emreli ölkə futbolunun tarixinə düşdü

Mahir Emreli ölkə futbolunun tarixinə düşdü


Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.

"Kanal1.az" xəbər verir ki, "Qarabağ"ın hücumçusu ən sürətli het-trik müəllifi olub. O, Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə səfər oyununda (5:0) 3 dəqiqəyə 3 qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.

Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/06 mövsümünün 2006-cı il martın 11-də keçirilən matçında fərqlənib. Nəbiyev "Neftçi"nin MOİK-lə ev görüşündə (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.

Qeyd edək ki, 2018/19 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.

Tarix: 26-04-2021, 15:41


Bölməyə aid digər xəbərlər