Gündəm / Manşet
26.04.2021, 15:47
Bakı-Sumqayıt elektrik qatarı bir həftə işləməyəcək
Bakı-Sumqayıt elektrik qatarı bir həftə fəaliyyət göstərməyəcək.
"Kanal1.az" xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.
Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin günlərdə Bakı-Sumqayıt-Bakı elektrik qatarları da hərəkətdə olmayacaq:
"Dəyişikliyə əsasən, mayın 8-i və 16-sı iş günləri olduğundan, qatarlar həmin tarixdə ənənəvi qrafik üzrə hərəkət edəcək".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay