Türk Şurasının baş katibi Baydenin qondarma "erməni soyqırımı" barədə bəyanatını qınayıb

"Kanal1.az"
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev ABŞ prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı" barədə bəyanatını qınayıb.

Bu barədə Trend Türk Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.

B.Amreyevin bəyanatında deyilir: "ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə zidd və bölgədəki əməkdaşlıq, eləcə də sabitlik ümidlərini zədələmək bahasına siyasi motivlər daşıyan açıqlamasından dərin təəssüf hissi keçirdim.

Ölkələr və xalqlar heç bir tarixi, elmi və hüquqi əsas olmadan başqa ölkələrin parlamentləri və ya rəhbərliyi tərəfindən mühakimə olunmamalı və məhkum edilməməlidir. Əksinə, 1915-ci il hadisələri beynəlxalq hüquq və müvafiq beynəlxalq sənədlər nəzərə alınmaqla şəffaf və ədalətli şəkildə araşdırılmalıdır. Başqa bir ölkəyə qarşı təhrif olunmuş tarixi iddiaların silah halına gətirilməsi yalnız cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərini alovlandırmaq istəyənlərə fayda gətirəcək.

ABŞ Prezidentinin açıqlamasını qınayır, siyasi məqsədlər və ya "tarixi yenidən yazmaq" cəhdləri ilə tarixin saxtalaşdırılmasının, bunun siyasi təzyiq üçün istifadə edilməsinin ölkələr və xalqlar arasında daha çox qütbləşməyə səbəb olacağına, eləcə də bölgəmizdəki sülhə və sabitliyə maneçilik törədəcəyinə inanıram.

Bu çərçivədə Türkiyənin 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması üçün ortaq tarix komissiyası qurulması və bu arxivlərin açılması təşəbbüsü təqdirəlayiqdir. Bu, tarixi həqiqətləri ortaya qoymaq və ədalətli bir yaddaş yaratmaq istəyən hər kəs üçün konstruktiv bir yanaşma və xoşməramlılığın göstəricisidir".

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında "soyqırım" sözünü işlədib.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər