Dünya / Manşet
24.04.2021, 11:19
Hindistanda koronavirusa sutkalıq yoluxmada rekord
Hindistanda yeni növ koronavirusa (COVID-19) sutkalıq yoluxma sayı 346 786-ya çatıb, 2,6 mindən çox insan ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.
"Kanal1.az" bildirir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikincidir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,6 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb. 13,8 milyondan çox insan sağalıb, 189,5 min nəfər ölüb.
Xatırladaq ki, Hindistanda koronavirus xəstələrinin sayında artım fevral ayınınn ortalarından bəri davam edir. Nəticədə COVID-19-dan müalicə alanların sayı 2,55 milyonu ötüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay