23:47 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
22:05 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
Eldəniz Əzizli Avropa çempionatında bürünc qazandı

Eldəniz Əzizli Avropa çempionatında bürünc qazandı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

"Kanal1.az" xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisi Nedyalko Petrovu elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiadan da üstün olub. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Emin Seferşaevə məğlub olub. Bürünc medal uğrunda xalça üzərinə çıxan güləşçimiz Fabian Şmittdən (Almaniya) üstüb olub və qitə birinciliyini üçüncü pillədə başa vurub.

Digər güləşçimiz Taleh Məmmədov (63 kq) qitə birinciliyinin finalında rusiyalı Cambolat Lokyayevə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Tarix: 24-04-2021, 22:50


Bölməyə aid digər xəbərlər