Dünya / Manşet
21.04.2021, 17:33
Lukaşenko Rusiyaya səfər edəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
"Kanal1.az" bildirir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, A. Lukaşenko aprelin 22-də Moskvaya işgüzar səfər edəcək.
Səfər çərçivəsində Belarus Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında əlaqələr, ticari-iqtisadi sahədə əməkdaşlıq, COVID-19 pandemiyası ilə mübarizə, beynəlxalq gündəlikdə duran məsələlər, həmçinin regional vəziyyət müzakirə olunacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay