Hadisə / Manşet
21.04.2021, 19:37
Bakıda mənzildən meyit tapılıb
Bakıda mənzildən 72 yaşlı kişi meyiti tapılıb.
"Kanal1.az"-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Abdullayev Ramin Hüseyn oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay