Cəmiyyət / Manşet
21.04.2021, 09:36
Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb
Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb.
“Kanal1.az”-ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.
Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay