Hadisə / Dünya / Manşet
19.04.2021, 21:38
Yəmənli siam əkizlərini Səudiyyə Ərəbistanında əməliyyat edəcəklər
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin göstərişi ilə Yusif və Yasin adlı yəmənli siam əkizlərinin tibbi müayinə və cərrahiyyə əməliyyatı Ər-Riyadda keçiriləcək.
"Kanal1.az" bildirir ki, bu barədə rəsmi SPA informasiya agentliyi məlumat yayıb.
Kralın göstərişinə əsasən, siam əkizləri və onların valideynləri Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzinin vəsaiti hesabına yaxın günlərdə Ər-Riyada gətiriləcək. Əkizlər krallığın ən yaxşı cərrahları tərəfindən əməliyyat olunacaq. Bundan başqa, Mavritaniyada olan siam əkizlərinin də cərrahiyyə əməliyyatı üçün Səudiyyə Ərəbistanına gətiriləcəyi bildirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay