Hadisə / Manşet
19.04.2021, 22:36
Aeroport yolunda qəzada ana və azyaşlı oğlu ölüb, qızı xəsarət alıb - FOTO
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Kanal1.az” bildirir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.
Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.
Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay