Qədr gecəsini qeyd etməyin bəzi qaydaları haqqında...

"Kanal1.az"
Qədr gecəsi ilin gecələri içində ən mübarək və dəyərli gecədir. Qədr gecəsi Quranın doğum gecəsidir. Bu mübarək gecəni necə, hansı şəkildə keçirmək barədə dini kitablarda xeyli məlumat vardır.

Qədr gecəsinin əməlləri, ibadətləri, duaları müvafiq məzmunlu kitablarda ətraflı qeyd edilib. Ümumilikdə qeyd etsək, bu gecə qüsl almaq, oyaq qalıb Quran oxumaq, müstəhəb namaz qılmaq, özünün, yaxınlarının və bütün möminlərin günahlarının bağışlanması və aqibətinin xeyirli olması üçün dua etmək tövsiyə edilib. Bu tövsiyələrin hər biri Peyğəmbərin və Əhli-beyt imamlarının Ramazan ənənəsindən qaynaqlanır.

Aşağıda təqdim etdiyimiz hədis də Qədr gecələrini hansı şəkildə qeyd etməyin savab olması barədə dəyərli məlumatları özündə ehtiva edir. Hədis Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edilir və Musa Peyğəmbərin (ə) Allah-təala ilə söhbətini əks etdirir. Həzrət Musa (ə) Allahdan bəzi savabları istəyir və Allah-təala həmin savabların hamısını Qədr gecələrində əldə etməyin yolllarını ona başa salır.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:
"Həzrət Musa (ə) Allaha xitab etdi: "İlahi! Sənə yaxın olmağı istəyirəm". Allah buyurdu: "Qədr gecəsini oyaq keçirən adam mənə yaxın olmağa nail olar". Musa (ə) dedi: "İlahi! Sənin rəhmətini istəyirəm". Allah buyurdu: "Qədr gecəsində miskinlərə mərhəmət edən kəs mənim rəhmətimi qazanar". Musa (ə) xitab etdi: "İlahi! Sırat körpüsünün üzərindən rahat keçmək üçün icazə istəyirəm". Allah-təala buyurdu: "Bu icazə Qədr gecəsində sədəqə verən adama şamil olar". Həzrə Musa (ə) dedi: "İlahi! Cənnət bağlarındakı ağacları və onların meyvəsini istəyirəm (yəni cənnəti qazanmaq istəyirəm)". Allah cavab verdi: "Bu da Qədr gecəsində təsbih deyən (məni dualarla öyən, gözəl adlarımı sayan) adama verilər". Musa (ə) dedi: "İlahi! Cəhənnəm alovundan nicat istəyirəm". Allah-təala buyurdu: "Qədr gecəsində istiğfar edən (günahlarının bağışlanması üçün yalvaran) adam buna nail olar". Musa (ə) xitab etdi: "İlahi! Sənin razılığını qazanmaq istəyirəm". Allah-təala ona cavab verdi: "Mənim razılığım Qədr gecəsində (ixlasla) iki rükət namaz qılan adama qismət olar" (Vəsailüş-şiə, VIII cild, səh. 20).

Bu gözəl hədisdən öyrənirik ki, Qədr gecələrində yuxarıda sadaladığımız əməllərdən əlavə, ehtiyaclı şəxslərə yardım göstərməyin (sədəqə verməyin), Allahın gözəl adlarını zikr etməyin (təsbih söyləməyin), öz günahlarının bağışlanması üçün dua etməyin, başqaları ilə mərhəmət və şəfqət əsasında rəftar etməyin hədsiz savabları vardır. Bir bəndənin Allahdan umduğu demək olar ki, bütün savablara Qədr gecəsində çatmaq mümkündür. Yetər ki, bu gecənin qədrini bilək və onu müqəddəslərin tövsiyə etdiyi dəsturlara uyğun şəkildə yaşayaq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər