Cəmiyyət / Manşet
18.04.2021, 03:45
Gəncədə azyaşlı dəm qazından zəhərlənib
Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
"Kanal1.az"xəbər verir ki, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə azyaşlı yaşadığı evin vanna otağında zəhərlənib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay