Hadisə / Manşet
13.04.2021, 17:27
Bakıda dəhşət - Yeniyetmə özünü damdan atdı - FOTO
Bakının Nərimanov rayonunda yeniyetmə oğlan intihar edib.
"Kanal1.az"xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, yaşı təxminən 16-17 olan oğlan özünü Fətəli Xan Xoyski 112 ünvanında, "Yaşam" Tibb Mərkəzinin binasının damından atıb.
Nəticədə yeniyetmə hadisə yerində ölüb.
Damdan onun çantası və içərisindən dəftər və kitablar tapılıb. Onun həmin binada yaşamadığı deyilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay