Hadisə / Manşet
11.04.2021, 15:53
Siyəzəndə nişan mərasimin keçirilməsinin qarşısı alınıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Kanal1.az"-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Kütləvi şəkildə toplaşaraq sanitar-gigiyena və karantin rejimi qaydalarını pozanlarla izahedici söhbətlər aparılıb, mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay