Hadisə / Manşet
11.04.2021, 15:54
Bakıda 27 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürdülər
Bakıda qətl hadisəsi törədilib.
"Kanal1.az" bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay