Gündəm / Manşet
10.04.2021, 20:15
Kürdə suyun duzluluğunun artması səbəbləri araşdırılır
Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı müxtəlif fikirlər irəli sürülür, onlardan biri də qrunt sularının qalxmasıdır. Lakin son 10 gündə Neftçala rayonunda cəmi bir gün 3 mm yağıntının düşməsi qeydə alınıb.
"Kanal1.az" bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, dəniz səviyyəsi isə keçən ilin aprel ayı ilə müqayisədə 18 sm aşağıdır və bunu nəzərə alaraq son günlərdə qrunt sularının təsiri nəticəsində duzluluğun artması ehtimalı yüksək deyil.
"Lakin digər meteoroloji amillərin təhlili göstərir ki, aprelin birinci ongünlüyü küləkli hava şəraiti ilə səciyyələnib. Belə ki, ongünlüyün 7 günü küləyin sürəti 13 m/s-dən çox, 2, 5, 6, 7, 9 və 10 apreldə 16-18 m/s, arabir 22-28 m/s çatıb.
Eyni zamanda Neftçalada külək davamlı olaraq əsasən şərq, şimal-şərqdən əsib".
Xidmət rəsmisinin sözlərinə görə, Kürün sululuğunun ümumiyyətlə normadan az olması onun axarının sürətinin azalmasına, bu da öz növbəsində küləyin gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay