23:47 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
22:05 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
“Gizli toy edənlər düz edirlər“ - Deputatdan qalmaqallı açıqlama

“Gizli toy edənlər düz edirlər“ - Deputatdan qalmaqallı açıqlama

Son günlər ölkəmizdə gizli keçirilən toylarla bağlı narazılıqlar səngimək bilmir. Bəzi vətəndaşlar karantin rejimi olmasına baxmayaraq ölkədə gizli toy məclisləri keçirməyə davam edirlər.

Maraqlısı isə odur ki, bu məsələyə münasibətdə fikirlər haçalanır. Gizli toy edənləri qınayanlarla yanaşı, onlara haqq verənlər də var. Milli Məcliisn deputatı Fazil Mustafa ikincilərin təmsil edir.

"Kanal1.az" xəbər verir ki, yenisabah.az-a danışan deputat qeyd edib ki, iaşə məkanlarına kütləvi axın olduğu halda toylara qoyulan qadağa anlaşılan deyil:

"Vaxtilə keçmiş SSRİ-də Cinayət Məcəlləsində möhtəkirlik adlanan bir maddə var idi. Bu maddə hər hansı şəkildə gizli alver edən, ticarətlə məşğul olan insanlara şamil olunurdu. Amma faktiki olaraq cəmiyyətdə bu var idi, alver gedirdi. Cinayət Məcəlləsində bu maddənin olduğu, cərimələr tətbiq olduğu hər kəsə məlum idi, buna baxmayaraq hamı bilirdi ki, ticarət davam edir. İndi toy məsələsi də onun kimidir. Toy məsələsi var, bu reallıqdır və qaçınılmazdır. İnsanlar bunu etməlidir".

Tarix: 10-04-2021, 11:20


Bölməyə aid digər xəbərlər