Cəmiyyət / Manşet
9.04.2021, 18:11
Bu gün 60-a yaxın jurnalistə vaksin vurulub
Bu gün 60-a yaxın jurnalist vaksinasiya olunub.
"Kanal1.az" bildirir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, növbəti həftənin 1-ci günündən jurnalistlərin vaksinasiya prosesi davam etdiriləcək: "Məqsədimiz odur ki, yaşı 18-dən yuxarı olan bütün jurnalistlər vaksinasiya olunsun, təbii ki, könüllü əsaslarla. Bilrsiniz ki, jurnalistika da riskli bir sahədir, çünki jurnalistlər insanlarla tez-tez görüşür, tədbirlərdə iştirak edir, həmişə cəmiyyətdə öndə gedirlər.
Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 500-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik".

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay