22:01 / 10-04-2021
Baş ağrısının nəyin göstəricisi ola bilər?
21:31 / 10-04-2021
Zümrüd Qasımova əməliyyat olundu - FOTO
21:28 / 10-04-2021
Bakıda körpənin üzərinə qapı düşdü, azyaşlı hadisə yerindəcə keçindi
21:22 / 10-04-2021
Rafael Ağayevə AĞIR İTKİ
21:20 / 10-04-2021
YPX Tovuzda reyd keçirdi, evi tərk edən COVİD-19 xəstəsi saxlanıldı - FOTO
21:11 / 10-04-2021
Murat Boz koronavirusa yoluxdu
20:59 / 10-04-2021
Goranboyda toyun qarşısı alınıb
20:55 / 10-04-2021
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
20:51 / 10-04-2021
Kia şirkəti K8 modelini təqdim edib - FOTO
20:46 / 10-04-2021
Şimali Koreya lideri təhsil nazirini EDAM ETDİRDİ
20:44 / 10-04-2021
İranda koronavirusun dördüncü dalğası başlayıb
20:28 / 10-04-2021
Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı
20:26 / 10-04-2021
“Göl” restoranı bağlandı - FOTO
20:23 / 10-04-2021
Mingəçevirdə motosiklet dirəyə çırpılıb, sürücü ölüb
20:17 / 10-04-2021
Türkiyədən Azərbaycana silah ixracında ciddi artım baş verib - RƏQƏMLƏR
20:15 / 10-04-2021
Kürdə suyun duzluluğunun artması səbəbləri araşdırılır
20:09 / 10-04-2021
iPhone 13 Pro-nun maketi meydana çıxdı. Dəyişən nə oldu...
12:55 / 10-04-2021
Azərbaycanda şok: 21 uşaq qeyri-qanuni yolla amerikalılara övladlığa verilib - FOTO
12:52 / 10-04-2021
Bibiheybətdə gəmidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
12:48 / 10-04-2021
Nazir polkovnik-leytenantı xidmətdən qovdu
12:45 / 10-04-2021
Tural Gəncəliyev ölümlə hədələndi - Ermənilər deputatı hədəfə aldılar
12:13 / 10-04-2021
Əfqanıstanda ard-arda partlayışlar olub
12:12 / 10-04-2021
Sərt karantin rejimi zamanı bu şəxslərə GÜZƏŞT EDİLƏ BİLƏR
12:08 / 10-04-2021
Zelenskinin Türkiyəyə səfəri başladı
11:20 / 10-04-2021
“Gizli toy edənlər düz edirlər“ - Deputatdan qalmaqallı açıqlama
11:12 / 10-04-2021
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
10:41 / 10-04-2021
Azərbaycanın tanınmış cərrahı vəfat etdi
10:39 / 10-04-2021
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
10:30 / 10-04-2021
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
10:28 / 10-04-2021
"İranın bütün sanksiyaların ləğv olunması tələbi qəbulolunmazdır"
10:26 / 10-04-2021
Atasının ölümündən sonra Şahzadə Çarlz yeni Edinburq hersoqu olub
10:24 / 10-04-2021
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
10:22 / 10-04-2021
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
10:20 / 10-04-2021
Abşeronda iki Mercedes toqquşub, xəsarət alanlar var - FOTO
10:16 / 10-04-2021
Jirinovskidən Türkiyə ilə bağlı tələb
18:39 / 09-04-2021
Britaniya əhalisi şahzadə ilə vidalaşır - FOTOSESSİYA
18:34 / 09-04-2021
II Yelizavetanın əri Şahzadə Filip vəfat etdi
18:31 / 09-04-2021
Nişanlı cütlüyün hamamdan çılpaq cəsədləri tapıldı
18:29 / 09-04-2021
Bakı əhalisinə xəbərdarlıq - Sabah küçəyə çıxmayın!
18:26 / 09-04-2021
Saxta peyvənd sənədi verən 12 nəfər işdən çıxarıldı - RƏSMİ
18:22 / 09-04-2021
Moskva seçkilərdə Paşinyanı dəstəkləməyəcək - Rusiya mediası
18:18 / 09-04-2021
Bakıda mənzildən qadın meyiti tapıldı
18:16 / 09-04-2021
Müdafiə naziri Türkiyə səfiri ilə görüşdü
Bakıda ŞOK OLAY! “Samir saçımı ipə bağladı, taxta parçası ilə məni...” – Gözəl SİRLƏRİ AÇDI
Bakının Suraxanı rayonunda 2002-ci il təvəllüdlü Gözəl anası Lalənin üzünə sirkə turşusu ataraq ona xəsarət yetirib.
"Kanal1.az" bildirir ki, Gözəl Hövsan qəsəbəsində yaşadığı evdə anası Laləyə qeyri-rəsmi ər-arvad kimi yaşadığı Samirin onu aldatdığını deyib. Anasının bu deyilənə inanmadığına və onu döydüyünə görə qızı onu cəzalandırmaq niyyətinə düşüb.
Gözəl yaşadığı evdə saxladığı və stəkanda olan kimyəvi sirkə turşusunu anasının üzünə töküb.
İstintaq orqanı tərəfindən Gözəlin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
"Anam özündən 20 yaş cavan oğlanla ailə qurdu"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gözəl elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Lalə onun anasıdır: "Anam təxminən 4 il bundan əvvəl atamdan boşanıb. Məhkəmənin qətnaməsi ilə anamın himayəsinə verilmişəm. Anam atamdan boşandıqdan sonra özündən 20 yaş cavan olan Samirlə kəbin kəsərək ailə qurdu.
Anam və Samirlə birlikdə Hövsan qəsəbəsində kirayə evdə yaşamışıq. Həmin evin ikinci mərtəbəsində ev sahibi Xatirə qızı ilə yaşayırdı. Həmişə anama deyirdim ki, Samirə inanmasın, Samir onu aldadır. Anam məni tənbeh edir, hətta sözlərimə görə məni döyürdü. Samir anamın mənə münasibətini görürdü. Bu səbəbdə o da mənə qarşı aqressiv idi. Hətta Samir bir neçə dəfə məni döyüb".
"Bir oğlanla iki gün onun yaşadığı evdə qaldım"
Təqsirləndirilən şəxsin sözlərinə görə, anası və Samirlə yaranmış ziddiyyətli münasibətlərə görə bir neçə dəfə əmisi ilə yaşadığı evə gedib: "Lakin anam Samirlə birlikdə məhkəmənin qərarını əsas tutaraq məni yenidən öz evinə apardı. Hətta bir dəfə anamgilin yaşadığı ünvandan çıxdım və bir oğlanla tanış olaraq iki gün onun yaşadığı ünvanda qaldım.
Anamın dediyi kimi siqaret və spirtli içkilər qəbul etmirəm. Yaranmış gərgin vəziyyətlə əlaqədar təhsilimi də davam etdirə bilməmişəm. Bu səbəbə görə Samirdən qisas almaq qərarına gəldim. Bu məqsədlə sirkə turşusu əldə edərək evə gətirdim.
Qərara aldım ki, Samir evə gələrək məni döymək istəsə, sifətinə sirkə turşusu töküm. Buna görə sirkə turşusunu stəkana tökərək qaldığım otaqda şkafın üstünə qoydum".
"Samir evdən qayçı gətirərək saçımı kəsdi"
Gözəl ifadəsində qeyd edib ki, 2020-ci il martın 10-da saat təxminən 17-18 radəldərində anası evdə olan vaxtı aralarında mübahisə yaranıb:
"Anama Samirin onu aldatmasını başa salmağa çalışdım. Lakin anam mənə inanmadı. Dedi ki, sən get, öz işin ilə məşğul ol. Anamın hərəkətlərindən əsəbləşdim, qaldığım otağa keçərək oradan sirkə turşusunu götürdüm. Anama yaxınlaşaraq sirkə turşusunu onun sifətinə atdım. Anam əli ilə üzünü tutaraq qışqırdı. Qorxduğum üçün evdən qaçmaq istədim.
Bu zaman anam saçımdan tutaraq saxladı və telefonla tez Samirə zəng etdi. Təxminən 15-20 dəqiqə sonra Samir evə gəldi. O, evə daxil olan kimi şillə-təpiklə məni vurmağa başladı. Samir sirkəni götürərək sifət nahiyəmə tökmək istəyəndə əlimi onun əlinə vurdum. Sirkə sağ qoluna töküldü. Samir saçımdan tutaraq evdən həyətə çıxardı. Saçımı həyətdə olan paltarların asılması üçün nəzərdə tutulmuş ipə bağladı və taxta parçası ilə məni döyməyə başladı. Sonra evdən qayçı gətirərək saçımı kəsdi.
Mən isə qışqıraraq evin sahiblərinə köməyə çağırdım. Səsimə həyətə çıxan kirayədə qaldığı evin sahibi Xatirə Samirin üstünə qışqırdı. Samir hərəkətlərini dayandırdı və polisə zəng edərək hadisə haqqında məlumat verdi. Etdiyim əməldən peşmanam".
"Ərimdən boşandıqdan sonra ailə qurdum"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalə bildirib ki, Gözəl onun doğma qızıdır: "Təxminən 4 il əvvəl ərimdən ayrılmışam. Məhkəmənin qərarı əsasında qızım Gözəl mənim himayəmə verildi. Oğlumun 22 yaşı olduğu üçün atası ilə yaşadı.
Ərimdən boşandıqdan sonra tanış olduğum Samirlə kəbin kəsdirərək ailə qurdum. Hövsan qəsəbəsində kirayə ev tutaraq üçümüz birdikdə yaşadıq.
Samir tikintidə fəhlə işlədiyi üçün hər gün səhər evdən çıxaraq axşam qayıdırdı. Evin bütün ehtiyaclarını, kirayə pulunu Samir ödəyirdi. Gözələ də öz qızı kimi münasibət bəsləyirdi. Lakin Gözəl mənə və Samirə qarşı aqressiv idi. Sözlərimə qulaq asmır, məktəbdən yayınır, siqaret çəkirdi. Hətta bir dəfə evdən qaçaraq tanımadığı oğlanın evində yaşamışdı. Bu hərəkətlərinə görə mən də, Samir də Gözəli tənbeh edirdik".
Zərərçəkmişin sözlərinə görə, martın 8-i qadınlar bayramı olduğu üçün Samir ona və Gözələ şəhərə çıxaraq istirahət etməyi təklif edib: "Gözəl bizimlə getməkdən imtina etdi. Samir Gözəldən ona nə almağı soruşdu. Gözəl bildirdi ki, pul istəyir. Samir də ona pul verdi".
"Bütün günü yuxulu olurdu"
Lalə ifadəsində göstərib ki, ertəsi gün səhər Samir işə gedib: "Mən isə yuyucu vasitə almaq üçün mağazaya getdim, Cözəl evdə qaldı.
Mağazadan qayıdanda Gözəlin haradansa gəldiyi gördüm. Ona icazəsiz evdən çıxdığı üçün irad elədim, bunu Samirə deyəcəyimi bildirdim. Axşam Samirə Gözəlin icazəsiz aptekə getdiyini dedim.
Samir Gözəldən aptekdən nə aldığını soruşdu. Gözəl vitamın aldığını və sonra tulladığını dedi. Buna görə Samir ona hirsləndi. Özümü yaxşı hiss etmədiyi üçün Gözəl süfrəyə yemək verməkdən imtina etdi. Samir kasanı götürərək xörək tökmək istədi. Qabın dibində nə isə ağ paraşok gördü. Gözəl yeməyə yuxu dərmanı qatırdı. Ona görə bütün günü yuxulu olurdu".
"Qaçmasın deyə ipdən asdı"
Lalə qeyd edib ki, hadisə günü Gözəlin ayaqyoluna getdiyini görüb: "Gözəl oradan çıxanda əlində rumka gördüm. Ondan şübhələndim. Rumkanı ondan almaq istədim, rumkanın içindəki mayeni üzümə atdı. Ev sahibini köməyə çağırdım. O, eşitsə də, köməyə gəlmədiyndən Samirə zəng etdim. Gözəl qaçmaq istəyəndə onu tutaraq saxladım.
Samir evə gələndə Gözəli tutduğumu gördü, əli ilə onu vurdu. Gözəl qaçaraq həyətə çıxdı. Samir onun saçını paltar ipindən asdı.
Gözəlin saçı ipə dolaşdığı üçün Samir evə qayıdaraq qayçı götürdü, saçı kəsdi. Sonra polis əməkdaşları gələrək bizi Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə apardılar. Polis şöbəsindən çıxdıqdan sonra Zərifə Əliyeva adına göz xəstəliklər institutuna getdim və orada müalicə olunmağa başladım".
Lalə ifadəsinin sonunda qeyd edib ki, hazırda vəziyyəti yaxşıdır. O, doğma qızı olduğu üçün Gözəli bağışladığını, ona qarşı heç bir şikayəti olmadığını deyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb.
Hökmə əsasən, Gözəlin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunub.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-04-2021, 08:36
Bölməyə aid digər xəbərlər
2-04-2021, 00:27
Samuxda qadın sirkə turşusu içərək öldü
30-03-2021, 14:26
Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verib
13-03-2021, 11:54
“MTN işi”ndə zərərçəkmiş kimi tanınan qadın dələduzluqda ittiham edilir
9-03-2021, 23:12
Bakıda evli qadını intim görüntüləri ilə şantaj edərək 10 min tələb etdi - Əvəzində isə... - TƏFƏRRÜAT
1-03-2021, 16:00
15 yaşlı qızı evlənmək adı ilə kənddəki evinə gətirdi, dəfələrlə cinsi əlaqəyə girdi, sonra... - Azərbaycanda ŞOK OLAY
27-08-2020, 21:50
Tovuzda baş verən qətllə bağlı istintaq yekunlaşdırılıb
6-08-2020, 11:59
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT
13-05-2019, 16:34
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay
30-04-2019, 15:27
Polis 14 yaşlı qızı dəfələrlə zorladı - Azərbaycanda dəhşətli hadisə
26-04-2019, 17:00
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
26-04-2019, 12:12
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
23-04-2019, 23:34
"İlhamə gözəl qadınları qısqanırdı" - Firuzə İbadova