Azərbaycan mediası Rusiya səfirliyinə: “İskəndər-M” məsələsinə mövqe bildirin”

Azərbaycan jurnalistləri Rusiya səfirliyinə müraciət ediblər.

"Kanal1.az" xəbər verir ki, müraciətdə deyilir:

Şuşa şəhərində Rusiyaya məxsus "İskəndər" Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər.

Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb.

Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin Azərbaycan tərəfi bu qalıqların məhz "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan "İskəndər" Operativ-Taktiki Raket Kompleksindən atəş açıb.

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda "İskəndər" raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib:

"Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib".

Lakin indi Şuşada "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur.

Şuşada məhz "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib.

Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir.

Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcəkdir.

Müraciəti aşağıdakı jurnalistlər imzalayıb:

Mir Şahin Ağayev - REAL TV-nin rəhbəri

Əflatun Amaşov - Mətbuat Şurasının sədri

3. Rəşad Məcid - "525-ci qəzet"in baş redaktoru

4. Eynulla Fətullayev - Haqqın.az saytının baş redaktoru

5. Mehriban Məmmədova - AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru

6. Orxan Fikrətoğlu - müstəqil jurnalist

7. Elçin Mirzəbəyli - "Xalq cəbhəsi" qəzetinin baş redaktoru

8. Səadət Məmmədova - ATV prezidentinin müşaviri

9. Həmid Həmidov - bloger

10. Murad Hüseynov - İTV-nin Baş direktorunun müavini

11. Mübariz Əsgərov - müstəqil jurnalist

12. Şakir Eminbəyli - "Rossiya 24" kanalının Azərbaycandakı nümayəndəsi

13. İlqar Mikayıloğlu - REAL TV-nin hərbi analitiki

14. Lalə Azərtaş - Xəzər TV-nin aparıcısı

15. Emin Musəvi - ASAN radionun rəhbəri

16. Rauf Arifoğlu - "Yeni Müsavat" qəzetinin baş redaktoru

17. Elçin Şıxlı - "Ayna-Zerkalo" qəzetinin baş redaktoru

18. Azər Qərib - bloger

19. Tofiq Abbasov - AZTV-nin siyasi icmalçısı

20. Əli Hacızadə - bloger

21. Vyacheslav Sapunov - bloger

22. Ədalət Verdiyev - bloger

23. Tofiqəxanım Qasımova (Nurani) - "Minval.az" saytının siyasi icmalçısı

24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru

25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru

26. Şakir Ağayev - "Novaya Vremya" qəzetinin baş redaktoru

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər