Hadisə / Manşet
6.04.2021, 08:25
Bakıda gecə saatlarında dəhşətli hadisə: Gənc qız yaralandı
Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
“Kanal1.az”ın məlumatına görə, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.
1992-ci il təvəllüdlü Əliyeva Leyla Aqil qızı yolu keçərkən onu yük avtomobili vurub. Yaralı komatoz vəziyyətində Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay