Hadisə / Manşet
6.04.2021, 08:40
Bakıda avtomobillə vurulan gəncin ayağı sındı
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Əhməd Rəcəbli küçəsində 2000-ci il təvəllüdlü Günəşov Cəmil Babək oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay