Cəmiyyət / Dünya / Manşet
4.04.2021, 17:18
Rusiyada son sutkada 357 nəfər koronavirusdan öldü
Rusiyada son sutka ərzində daha 8212 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Kanal1.az" bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 580 894 nəfərə çatıb.
Son sutka ərzində 357 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 100 374 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay