Hadisə / Manşet
1.04.2021, 09:07
Saatlıda 35 yaşlı kişini avtomobil vurdu
Saatlı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ sirkə kasasının kənarının yerdəyişən sınığı diaqnozu qoyulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay