Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”

"Kanal1.az"

Yaşadığımız ictimai həyatda bəşəriyyətin böyük sərvəti olan insan və vətəndaş hüquqları bir-birindən müəyyən cəhətlərinə görə fərqlənir. Belə ki, insan hüquqları dedikdə, təbii ki, şəxsin hüquqları, vətəndaş hüquqları dedikdə isə, şəxsin siyasi hüquqları nəzərdə tutulur.

Mərhum prezidentimiz, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin əsas ali məqsədlərindən biri olaraq, insanların və vətəndaşların hüquqlarının qorunmasını əsas tuturdu. Yəni, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması, məhz dövlətimizin ali məqsədi olaraq qeyd olunub.

Faktdır ki, bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də, qəbul olunmuş Konstitusiyamızdan irəli gələn tələblərə, yəni vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına olduqca önəm verir və hər bir vəzifə sahibinə, məhz bu yöndə lazımi tapşırıqlarını da verir. Belə bir səbəbdəndir ki, xalqımız ölkə rəhbərinə inanır, ona güvənir və bu cür diqqət və qayğını gündəlik həyatlarında da hiss edirlər. Təəssüf doğuran hal odur ki, zaman-zaman olduğu kimi, bu gün də dövlətimizin dayaqlarını sarsıtmağa çalışan, xalqa qarşı münasibətdə xəyanət yolunu tutan elə məmurlar var ki, yenə də onlar qınaq obyektinə çevrilirlər.

Belə məmurlardan biri, bəlkə də lap birincisi Gəncə Lokomotiv Deposunun rəisi Mehdiyev Rasim Rza oğludur. Redaksiyamıza daxil olan məlumatlara görə, adı çəkilən bu şəxs daşıdığı vəzifəsinə sahib olduqdan az sonra ölkə rəhbərinin və dövlətimizin əleyhinə addımlarını atmağa başlayır.

Sual oluna bilər ki, görəsən Rasim Mehdiyevin dövlətimizə, xalqımıza qarşı “qənim kəsilməsi”nin kökündə hansı amillərin varlığı əsas rol oynayır? Çünki, bu şəxsin başlıca amalı, əsas qayəsi dövlət büdcəsindən Gəncə Lokomotiv Deposunun balansına köçürülən vəsaitləri mənimsəmək, bir sözlə həmin vəsaitlərin “altından girib üstündən çıxmaq” olur. Belə bir səbəbdəndir ki, hazırda Gəncə şəhərində tam əksəriyyət Rasim Mehdiyevin “talançı məmur” deyə qəbul edirlər.

İddialara görə, Gəncə Lokomotiv Deposunun rəisi tabeçiliyində çalışan işçilərin hüquqlarına daim “xor münasibət” bəsləyir, həta elə hallar da olur ki, o, gündəlik bu yöndə addımını atmaqdan “xüsusi ləzzət” də alır. Bu kimi səbəblər üzündəndir ki, Depoda çalışanların əksəriyyəti təkcə Rasim Mehdiyevə qarşı deyil, bütövlükdə dövlətimizə qarşı narazılıqlarını açıq şəkildə ifadə etməkdən də çəkinmirlər. Sözsüz ki, bütün bunların kökündə Gəncə Lokomotiv Deposuna rəhbərlik edən bu şəxsin özünəməxsus ambisiyaları və şəxsi maraqlarının təmin olunması yöndə atdığı addımların varlığı durur. Maraqlıdır, illər öncə bu Deponun inşaası ilə bağlı tikinti işlərinə başlanılsa da, bu gün də işlər yarımçıq qalmaqdadır. Şəhər sakinləri arasında yayılan söz-söhbətlərə görə, həyata keçiriləcək tikinti işlərini başa çatdırmaq üçün büdcədən lazımi məbləğdə vəsait ayrılsa da, nədənsə Gəncə Lokomotiv Deposunun bəxti “qara bəxt” olaraq qalır. Hələ bunlar harasıdır, Rasim Mehdiyev rəhbərlik etdiyi bu qurumda “kənxuda idarəçiliyi”ni tətbiq etməsi səbəbindən, bu sahədə çalışanlar karantin qaydalarının tələblərinə də əməl etmirlər. Yəni, işçilər maska taxmadan, ara məsafəsi saxlamadan müzakirələr aparırlar, dərd-sərlərini bir-biri ilə bölüşürlər. Bu da onu söyləməyə əsas verir ki, Operativ Qərərgahın qərarları Gəncə Lokomotiv Deposunda çalışanlar üçün, heç də əhəmiyyət kəsb etmir.

Bəzi çevrələrdə dolaşan söz-söhbətlərdən aydın olur ki, Rasim Mehdiyev özünü qeyri-adi səlahiyyətə malik olan məmur hesab etdiyindən, bu şəxsin rəhbərlik etdiyi sahədə vətəndaş hüquqlarının pozulması, sanki adi hala çevrilib. Odur ki, son vaxtlar Gəncə Lokomotiv Deposunda vətəndaş hüquqları ilə bağlı məsələlər, daha çox gündəmi zəbt edən mövzulardan biri olur.

Araşdırmamız davam edəcək.

Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”
Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”
Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”
Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”
Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”
Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”
Gəncədə depo rəisindən büdcə vəsaitlərinə “xor münasibət”

Son xəbərlər

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib

Paytaxt marketlərində endirim fırıldağı: “Kassada fərqli qiymətlərlə qarşılaşırıq” - VİDEO

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Güc və enerjini artıran qidalar hansılardır?

“WhatsApp”da yeni funksiya

"Telegram" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: bu cihazlarda giriş bloklanır

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq?

Qanaxmanı 15 saniyəyə dayandıran məhsul HAZIRLANDI

Ukraynada 47 yaşayış məntəqəsi MƏCBURİ BOŞALDILIR

"Telegram" hesabları bu üsulla ələ keçirilir

Bütün xəbərlər