Cəmiyyət / Dünya / Manşet
28.03.2021, 10:41
Gürcüstanda COVID-19-a yoluxanların sayı 280 mini ötüb
Gürcüstanda ötən sutkada daha 365 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 5 pasiyent vəfat edib.
"Kanal1.az" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 280 301-ə, ölənlərin sayı isə 3 751-ə yüksəlib.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 415 nəfər artaraq 272 219 olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay