Hadisə / Manşet
27.03.2021, 15:32
Göyçayda itlərin hücumundan qorxuya düşən məktəbli vəfat etdi
Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlərin hücum etməsindən 5 gün sonra o dünyasını dəyişib.
"Kanal1.az" xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.
Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay