Təhsil / Manşet
26.03.2021, 17:10
Tədris müəssisələri fəaliyyətini dayandırır? – Daha biri bağlandı
Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.
"Kanal1.az"ın məlumatına görə, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.
Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay