Hadisə / Manşet
25.03.2021, 09:24
Mingəçevirdə yataqxanada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
Kanal1.az-ın məlumatına görə, yataqxananın 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.
Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay