Cəmiyyət / Səhiyyə / Manşet
25.03.2021, 09:21
Gürcüstana “Pfizer” vaksini çatdırıldı
Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə “Pfizer” vaksininin ilk partiyası çatdırılıb.
"Kanal1.az"ın xəbərinə görə, 30 min dozadan ibarət ilk partiyanı daşıyan təyyarə gecə saatlarında Tbilisi Hava Limanına eniş edib.
ABŞ-dan gətirilən vaksinlər ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinə təhvil verilib. Vaksinlərin tibb işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan vətəndaşların peyvəndlənməsi üçün istifadə ediləcəyi bildirilib.
Qeyd edək ki, Gürcüstan daha əvvəl martın 13-də 43 200 doza “AstraZeneca” vaksini əldə edib. Martın 15-dən ölkədə tibb işçilərinin vaksinasiyasına başlanılıb. Apreldə əlavə 86 400 doza “AstraZeneca” vaksininin qonşu ölkəyə çatdırılması planlaşdırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay