Hadisə / Manşet
25.03.2021, 17:22
Bakıda yaşayış binasında yanğın olub, zərərçəkən var
Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 m² sahədə və 1 ədəd televizor yanıb.
"Kanal1.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay