SON DƏQİQƏ! Azərbaycanın Milli Məclisi bəyanat yaydı

Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilib.

"RiaTV.az" xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu sənədlə əlaqədar Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Bəyanatla çıxış edib.
Cavanşir Feyziyevin verdiyi Bəyanatda bildirir ki, Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsi ilə bağlı “Human Rights Watch” (HRW) təşkilatının əsassız iddialarını özündə əks etdirən yuxarıda adı çəkilən birgə sənəd AP (Avropa Parlamenti) üzvlərinin real vəziyyətlə tanış olmaq əvəzinə bəzi təsisatların qərəzli mövqeyini səsləndirməyə üstünlük verdiklərini nümayiş etdirir. Bu kimi əsassız bəyanatla çıxış etmədən öncə AP məruzəçilərinin mövcud əməkdaşlıq platformalarından istifadə etməklə sözügedən iddialarla bağlı Azərbaycanlı həmkarlarından məlumat əldə etmələri daha məntiqli olardı.

Birgə Bəyanatı imzalamış AP üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edilib. Onlara lazımi tibbi yardım göstərilib və saxlanıldıqları müddətdə tibbi müayinədən keçiriliblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkib və nəhayət, bütün hərbi əsirlər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarılıblar.
Birgə Bəyanatda Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin aralıq tədbirləri üzrə öhdəlikləri çərçivəsində müvafiq addımlar atmaması barədə yer alan iddianı da əsassız hesab edirik. Cavanşir Feyziyev təəssüflə qeyd edib ki, Bəyanat müəllifləri məsələnin təfərrüatlarını tam araşdırmadan belə bir iddia səsləndiriblər. Belə ki, Azərbaycan öz öhdəliklərinə sadiq olaraq, vətəndaşlarımıza qarşı güc istifadə etməkdə və terror əməlləri həyata keçirməkdə ittiham olunan şəxslərin saxlanma vəziyyəti və sağlamlığı haqqında müvafiq məlumatları aralıq tədbirlər mexanizmi çərçivəsində AİHM-nə təqdim edib.

Beynəlxalq humanitar hüquqa riayət olunması mövqeyindən çıxış etdiklərini iddia edən və HRW təşkilatının qərəzli və əsassız arqumentlərə əsaslanan “hesabatı”na istinad edərək Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edən AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, hələ birinci Qarabağ müharibəsi zamanı 4000-dək azərbaycanlı döyüş bölgələrində itkin düşüb. Lakin bu günədək nə Avropa Parlamenti, nə də digər Avropa qurumları erməni əsirliyində saxlanan Azərbaycanlıların taleyi ilə maraqlanıblar.

Təəssüf edirik ki, 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinin geniş miqyasda minalanması və torpaqların işğaldan azad edilməsindən sonra Ermənistanın hələ də mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi də AP məruzəçilərini narahat etmir. AP məruzəçilərinin diqqətinə çatdırmaq istərdik ki, Üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatlara son verildiyi vaxtdan bu günədək azad olunmuş ərazilərdə mina partlayışları 20 insanın həyatına son qoyub, 80 nəfər isə ciddi xəsarət alıb.

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev öz Bəyanatında bildirib ki, müharibədən sonrakı təmaslarımız zamanı AP-də təmsil olunan həmkarlarımız real vəziyyətlə yerində tanış olmaq üçün dəfələrlə Azərbaycana dəvət olunublar. Buna baxmayaraq AP üzvlərinin regiona səfər etmədən, həqiqətləri öyrənmədən və erməni mənbələrindən qidalanan saxta məlumatlara əsaslanaraq qərəzli mövqe sərgiləməsi təəssüf doğurur və Azərbaycan cəmiyyətində Avropa Parlamentinə olan etimadı sarsıdır.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər