Hadisə / Manşet
23.03.2021, 17:16
Rusiyada təyyarə qəzaya uğradı: 3 hərbçi öldü
Rusiyanın Kaluqa vilayəti yaxınlığındakı hərbi aerodromda qırıcı təyyarədə baş vermiş qəza nəticəsində 3 hərbçi həlak olub.
"Kanal1.az" xəbər verir ki, “Tu-22M3” bombardmançı təyyarəsində yerdə gözlənilmədən katapulta sisteminin işə düşməsi nəticəsində təyyarənin 3 heyət üzvü ölüb. Hadisə uçuşa hazırlıq zamanı baş verib.
“Tu-22M3” raketdaşıyan bombardmançı təyyarədir. Rusiya Hava-Kosmik Qüvvələrində 69 belə təyyarə istismar olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay