Hadisə / Manşet
23.03.2021, 20:05
“Pikap" zəncirvari qəza törətdi, bir nəfər öldü
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Kanal1.az"ın məlumatına görə, hadisə Ələt-Astara yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Pikap" tipli avtomobil "Azsamand"la, sonra digər avtomobillə toqquşub. Zəncirvari qəza nəticəsində Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Əsədov Yunsur İnsaf oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay