Hadisə / Manşet
23.03.2021, 21:25
ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub, xəsarət alanlar var
ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.
"Kanal1.az"ın məlumatına görə, bu barədə “Al-Mayadeen” telekanalı xəbər verib.
Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.
"Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub", - telekanalın xəbərində deyilir.
Pentaqon hələlik bu məlumatı şərh etməyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay