Gündəm / Manşet
22.03.2021, 14:37
Yaşı 40-dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb - Baş həkimin müavini
Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına start verilib.
"Kanal1.az" xəbər verir ki, bunu Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev bildirib.
O qeyd edib ki, bu kateqoriyadan olan şəxslərin səhər saatlarından etibarən onlayn növbə tutmaqla və ya birbaşa müraciətlə poliklinikada peyvəndlənməsi aparılır.
Baş həkimin müavini əlavə edib ki, yanvar ayının 18-dən etibarən ölkədə başlanan vaksinasiya prosesi çərçivəsində bu günə kimi poliklinikada 3 mindən artıq şəxsə peyvənd vurulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay