İqtisadiyyat / Manşet
20.03.2021, 12:51
Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,17 ABŞ dolları, yaxud 1,8% azalıb.
"Kanal1.az" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay