Aysel Teymurzadə Ata Abdullayevlə necə əlbir oldu? - ŞOK DETALLAR

​"Kanal1.az"
Bir insanın nəticəsini düşünmədən və bəlkə də səbəbini belə bilmədən törətdiyi əməl cəmiyyətdə çaxnaşma yarada bilir. Ancaq səbəbdən xəbərsiz olub, nəticədəni təxmin etməməyin proseslərə aidiyyatı yoxdur. Qatar artıq yola düşübdür.

Aysel Teymurzadənin Ramiz Mehdiyevin nəvəsinin toyundan paylaşdığı video zəlzələ effekti yaratdı və çox güman ki, Aysel hələ də kiçik tərpənişləri davam edən bu zəlzələni proqnozlaşdıra bilmədiyi kimi hansı səbəblərlə bu hərəkəti etdiyini də heç zaman anlamayacaq.

23 yaşında və bir gecədə əldə etdiyi şöhrəti Aysel niyə yaşca özündən az qala iki dəfə böyük şəxslə qurduğu ailəyə qurban verdi? Bəlkə də onun qarşısında böyük üfüqlər açılacaqdı. Ancaq o səhnə geyiminin gəlinlik paltarına dəyişdi. Gəlinlik demişkən... Ayselin mediadan dövlət sirri kimi gizlətdiyi toyu əslində heç olmamışdı. Ayselin toydan yaydığı şəklin reklam çəkilişindən olduğunu media üzə çıxarmışdı. Onun bu əziz günündə saxtakarlıq etməyə sövq edən nə idi? Çətin, çox çətin sualdır. Ancaq o zaman medianı aldada bilməyən Aysel səkkiz il sonra buna nail olacaqdı.

Diplomlarını kənara qoyub tipik əyalət qadını instinktləri ilə üç uşağa analıq edən və hər gün bir az daha çox unudulan Aysel Ramiz Mehdiyevin nəvəsinə toy tutmaqla kimdən və niyə qisas alırdı? Nəinki siyasi iddiası, hətta elementar ictimai həssaslığı olmayan evdar qadın illərdir yenidən parlamaq və alqışlarla anılmaq istəyirdi? Şöhrətin həsrətinimi çəkirdi yoxsa hər şeyin başa çatdığını dərk edərək sadəcə kor bir intiqammı alırdı? Yoxsa, Ata Abdullayev kimi əlindəki telefonla elədiyi mərdiməzarlığına xalq nəzarəti donu geyindirmək istəyirdi? Şöhrət ehtirası, kor intiqam, ya da mərdiməzarlıq olsun, fərq eləmir, başqasına qazdığı quyuya düşməsə belə tale pisləri, nakəsləri, namərdləri, müxənnətləri zirvələrə ucaltmır. Sürünmək üçün yarananlar uça bilməzlər...

İntriqalarla nəfəs alan, gecə-gündüz işığı sönməyən kabinetində hörümçək kimi rəqiblərinə tor toxuyan, başqalarınına yazdırdığı kitabların üzündəki kəmsavad ifadəni silə bilmədiyini anlamayan, özünü demokratiya nəzəriyyəçisi kimi qələmə verən Brejnev dəftərxana məmurunun və dünyada ən yaxşı bildiyi şeyin quyu başqalarına qazmaq olan məkrli qoca satrapın evdar qadının 15 saniyəlik videosu ilə tarmar olması da həyatın ən qəribə bir ironiyasıdır. Adı ərəbcədən tərcümədə rəmz, simvol mənasına mütabiq gələn “aparatçik” müəllifi olduğu onlarla böhtan, qarayaxma, gözdənsalma kampaniyalarının heç biri Aysellə başlayıb Ata Abdullayevlə bitəcək qədər gözlənilməz finalla, novellavari sonluqla yekunlaşmamışdı və bunun özü də çox rəmzi görünürdü...

Aysel əlbəttə ki, arzusuna çatmadı. Çünki onun arzusu da yox idi. Amma törətdiyi bu əməlin əsl və gerçək səbəbini özü də özünə etiraf edə bilmir. Aysel zamanının, onun zamanının ötüb keçdiyini kortəbii şəkildə də olsa qavrayırdı. Yenidən o günlərə qayıtmaq, lap gənc yaşda əldə etdiyi şöhrəti qaytarmaq istəyirdi. Axı yaş artıqca insanın şöhrətə və alqışa daha çox ehtiyacı olur. Aysel isə öz şəxsi faciəsinin qisasını yaxşı insan kimi tanınan akademik Əli Abbasovdan, yenicə seçilmiş gənc ombudsman Səbinə Əliyevadan, yaşı 70-ə çatmış sabiq akademik rektordan alırdı. Xırda oğrular kimi polis idarəsinin dar koridorunda ibrəti-aləm olsun deyə çəkilən şəkillərin iztirabını anlamaq üçün on minlərlə tələbənin rektoru olmuş hər iki akademikin yerinə bir dəqiqə düşünmək kifayət edirdi. Fələyin ən ağır zərbəsi isə bəlkə də nüfuzlu mədəniyyət xadimlərinin ailəsində göz açmış, istedadlı olduğu qədər hər pianoçu kimi ictimai-siyasi prosesləri anlamaqda naşı olan Murad Adıgözəlzadəyə dəyirdi.

Ayselin Eurovision mahnısı “Always” (Həmişə) adlanırdı. Ancaq o şöhrət həmişəlik deyildi və sürətlə Ayselin əlindən uçub gedəcəkdi. Aysel sadəcə kor bir qisasa susamışdı və bu qisas günahsız insanları incidəcək, sındıracaqdı. Ancaq bütün bəşəriyyət iztiraba düçar olsa belə bunun Ayselə xeyri yox idi...

Çünki Aysel özü daha yox idi...

Həmişə sözü mahnılarda gözəl görünür. Həyat isə... Aysel üçün gərdişi-dövran tərsinə cövlan edirdi. Özü də HƏMİŞƏ-lik...

Son xəbərlər

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay