Tovuzda 8 yaşlı qızı maşın vurdu
Tovuz rayonunda 8 yaşlı qızı maşın vurub.
"Kanal1.az"ın məlumatına görə, hadisə rayonun Avılbəyli kəndində baş verib.
Yol kənarında oynayan 2013-cü il təvəllüdlü F.S-ni avtomobil vurub.
Uşaq Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırıdır.
Faktla bağlı araşdırma aparılır.