“O xəritəni bizə verməsəniz, əsirləri unudun” – Azərbaycandan Ermənistana ultimatum

“ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uzun illərdən sonra özü həll edib. Ona görə də Azərbaycanın artıq ATƏT-in bu istiqamətdə fəaliyyətinə ehtiyacı yoxdur”.

"Kanal1.az" xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq, İlham Əliyevin ATƏT sədri ilə görüşdə səsləndirdiyi fikirlərin də bundan xəbər verdiyini vurğulayıb:
“Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”, – deyə Prezident qeyd etdi. Azərbaycan Prezidenti eyni sözləri müharibədən sonra Bakıya gələn ATƏT-in Minsk Qrupu həmsədrlərinə də demişdi.

İlham Əliyev ATƏT sədri ilə görüşdə onu da dedi ki, Azərbaycan işğal altındakı ərazilərin bərpasına başlayıb. Yəni Azərbaycan Prezidenti bu sözlərlə ATƏT sədrinə anlatmaq istəyib ki, Bakının artıq ATƏT-in vasitəçiliyinə ehtiyacı yoxdur. Bakı Dağlıq Qarabağın status mövzusunu müzakirə etmək istəmir. İlham Əliyev ATƏT sədri ilə görüşdən sonra yenidən azad olunmuş bölgələrə səfər edərək erməni işğalının acı nəticəsindən və aparılacaq yenidərqurma işlərindən danışıb.

ATƏT sədri ilə görüşən xarici işlər naziri Ceyhun Bayramov iki faktora diqqəti çəkib.

Birincisi, nazir deyib ki, Ermənistan gizli şəkildə Azərbaycan ərazisinə silahlı şəxslər göndərir və ATƏT bunun qarşısını almalıdır.
İkincisi, nazir ATƏT sədrinə bildirib ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda həbs edilən erməni silahlıları əsir deyillər və Ermənistana verilməyəcək. 10 noyabr bəyanatı imzaladıqdan sonra Ermənistan hakimiyyəti Ermənistanın Şirak bölgəsindən Qarabağa 60-dan çox hərbi qulluqçu göndərib. Bu hərbçilər diversiya törədərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürüblər və qanun qarşısında cavab verəcəklər. Digər tərəfdən “əsir” mövzusuna qaldıranlara cavabımız bəllidir: “Emənistan Azərbaycan torpaqlarına minaladığı ərazilərin xəritələrini Bakıya təqdim etsin”. Bu olmadıqca “əsirlər” mövzusu da müzakirə edilməməlidir”.

Elxan Şahinoğlu Ceyhun Bayramovun Azərbaycanla İsveç arasındakı əməkdaşlıqdan danışmasından da söz açıb:

“Nazir qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirir. Hər bir ölkə ATƏT-ə iki il sədrlik edir. İsveçin sədrliyi də iki il çəkəcək. Ona görə də ATƏT sədri Bakıya səfər edərək Dağlıq Qarabağ məsələsindən danışsa da, İsveçin xarici işlər naziri Bakıya təzyiq etməyəcək. Çünki həmin nazir ATƏT-lə yanaşı həm də ölkəsini təmsil edir və İsveçin Azərbaycanla əməkdaşlığını genişlədirməsində maraqlıdır. Azərbaycan rəsmiləri də İsveçli nazirlə görüşdə diqqəti məhz ikitərəfli əməkdaşlığa yönəldiblər”.

Son xəbərlər

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib

Paytaxt marketlərində endirim fırıldağı: “Kassada fərqli qiymətlərlə qarşılaşırıq” - VİDEO

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Güc və enerjini artıran qidalar hansılardır?

“WhatsApp”da yeni funksiya

"Telegram" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: bu cihazlarda giriş bloklanır

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq?

Qanaxmanı 15 saniyəyə dayandıran məhsul HAZIRLANDI

Ukraynada 47 yaşayış məntəqəsi MƏCBURİ BOŞALDILIR

"Telegram" hesabları bu üsulla ələ keçirilir

Bütün xəbərlər