Hadisə / Manşet
13.03.2021, 09:24
Biləsuvarda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Biləsuvarda mikroavtobus aşıb, ölən var.
"Kanal1.az"ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay