Sərnişinlərin nəzərinə: Bakı metrosu BU TARİXDƏN fəaliyyətə başlayır

Mart ayının 13-14-də koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq metro qatarları növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq.

"Kanal1.az" xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirilir ki, koronavirus (“COVID-19”) infeksiyasının ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Sərnişin daşınmadığı müddətdə Bakı metropolitenində müntəzəm tədbirlər hər bir sahədə texniki-normativ tələblərə uyğun olaraq, davamlı aparılır. Normal iş rejimi şəraitində yoxlamanın məqsədi isə metropoliten infrastrukturunun vahid sistem kimi bir daha yoxlamaqla qiymətləndirmək və hazırlıq səviyyəsinin optimallığını qoruyub saxlamaqdır.

Yoxlama çərçivəsində qatarlar metropoliten xətlərində müəyyən edilmiş qrafikə uyğun hərəkətə gətiriləcək və gün ərzində işləyəcək. Bu zaman hərəkətin təşkili və idarə olunması, o cümlədən infrastruktura daxil olan elektrik təchizatı və digər mühəndis-texniki sistemlərin, qurğu və avadanlıqların adi iş rejimi qaydasında yoxlanılması da həyata keçiriləcək.

Yoxlamanın daha bir hədəfi aidiyyəti üzrə işçi personalının peşə vərdişlərini qiymətləndirmək və möhkəmləndirməkdir.
“Bakı Metropoliteni” QSC ictimaiyyətin diqqətinə çatdırır ki, yoxlama tədbirləri zamanı sərnişin daşınmayacaq. Ümumən “COVID-19” pandemiyası şəraitində tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə tənzimlənir.

Onu da əlavə edək ki, əldə olunmuş müsbət nəticələr fonunda bu tədbirlər qiymətləndirmənin müqayisəli şəkildə təhlilini aparmağa, infrastrukturun və işçi heyətinin hazırlığını daha əmin, optimal vəziyyətdə saxlamağa imkan verir.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər