Cəmiyyət / Sosial / Manşet
8.03.2021, 09:46
ATV-nin keçmiş prezidentinə vəzifə verildi
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının sabiq prezidenti Vüqar Qaradağlıya Bakı Dövlət Universitetində (BDU) vəzifə verilib.
"Kanal1.az"ın əldə etdiyi məlumata görə, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir.
O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib.
Qeyd: 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay