Cəmiyyət / Dünya / Sosial
6.03.2021, 22:12
Bakıdan Kiyevə birbaşa uçuşlara başlanılır
"Buta Airways" aviaşirkəti Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə aviaəlaqəni bərpa edir.
"Kanal1.az" xəbər verir ki, Aviaşirkətdən verilən məlumata görə, Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslərin icrası 1 aprel tarixindən nəzərdə tutulur.
Uçuşlar Kiyevin "Borispol" (IATA: KBP) hava limanına həyata keçiriləcək. Reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay