Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"


Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.

"Kanal1.az" xəbər verir ki, Bu barədə qurumun Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Azərbay­can Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd edib, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövlət maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulayıb.

Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorunmaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş et­dirilib. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minala­dığı ərazilərdən sərhədçi-istehkamçıların hazıradək 340 ədəd tank əley­hinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunub.

Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Yeni istifadəyə verilən dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaq­ları, somatik və infeksion palataları var. Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilmiş, zəruri avadanlıq və cihaz­larla təchiz olunublar. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilib.

Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.
QALEREYA

Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"
Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər