Hadisə / Manşet
4.03.2021, 00:35
Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal.az"ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Rayonun Ə. Ələkbərov küçəsində avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Eyvazov Ədil Əli oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay